Haqqımızda
Torpaqdan layihəyə qədər hər addımda peşəkar və etibarlı tərəfdaşınız.
Arfin - Məhdud Məsuliyyətli Cəmiyyəti
Torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətləndirilməsi və tikinti layihələrinin hazırlanması sahəsində fəaliyyət göstərən ixtisaslaşmış şirkətdir. Fəaliyyətimizin əsas məqsədi torpaq sahələrinin dəqiq ölçülməsi, planlaması və daşınmaz əmlak layihələrinin yüksək keyfiyyətlə icrasıdır.
Şirkətimiz geniş təcrübəyə malik peşəkar mühəndis və mütəxəssislər komandası ilə çalışır. Fəaliyyətimizdə müasir texnologiyalardan - rəqəmsal ölçmə cihazları, 3D vizuallaşdırma proqramları və dəqiq koordinat sistemlərindən istifadə edirik.
Bizim Əsas Dəyərlərimiz
Fəaliyyətimizdə öndə tutduğumuz bu prinsiplər müştərilərimizə ən yüksək keyfiyyətdə xidmət göstərməyimizin təməlidir.
Dəqiqlik
Topoqrafik çəkilişlərdə və yerquruluşu planlamasında sıfır xəta prinsipi ilə işləyir, hər bir koordinatı millimetr dəqiqliyi ilə təyin edirik.
Qanunilik və Şəffaflıq
Hazırladığımız bütün memarlıq eskizləri, kadastr sənədləri və rəylər dövlət standartlarına və hüquqi qanunvericiliyə 100% tam uyğundur.
Zəngin Təcrübə
Komandamız uzun illər Dövlət İdarələrində çalışmış, sahənin bütün incəliklərinə bələd olan ekspertlərdən ibarətdir.
Müasir Texnologiya
İş prosesində ən son model GPS naviqasiya sistemlərindən və lisenziyalı mühəndislik proqramlarından istifadə edirik.
Rəsmi Portallar & Tərəfdaşlar
Layihələrin sənədləşdirilməsi və təsdiqi prosesində inteqrasiya etdiyimiz rəsmi dövlət sistemləri və tərəfdaşlarımız.