Fikirdən Reallığa Dəqiq Mühəndislik
Arfin MMC olaraq geodeziya, torpaq ölçmə, memarlıq, mühəndislik və qiymətləndirmə sahələrində beynəlxalq standartlara uyğun xidmət göstəririk. Müasir texnologiyalarımız və peşəkar komandamızla ideyalarınızı dəqiq, hüquqi cəhətdən tam və güvənli layihələrə çeviririk.
Quba ASAN Xidmət Mərkəzindəyik!
Şirkətimiz regionlardakı müştərilərinə daha yaxın olmaq üçün Quba ASAN xidmət mərkəzində də fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 2 peşəkar operatorumuz tərəfindən müştərilərin müraciətləri, lazımi məlumat və sənədləri yerindəcə qəbul edilir. Toplanan sənədlər dərhal baş ofisimizə yönləndirilir, işlər şirkətimizin mütəxəssisləri tərəfindən icra olunur və qısa zamanda hazır sənəd şəklində müştərilərə təqdim edilir
Açıqdır
B.e - C: 9:00 / 18:00
Arfin - Məhdud Məsuliyyətli Cəmiyyəti
"ARFİN" MMC torpaq sahələrinin dəqiq planlaması, tikinti və əmlak layihələrinin hazırlanması, həmçinin 3D vizual təqdimat və qiymətləndirmə xidmətlərini təklif edir.
Müasir texnologiyalar, təcrübəli mühəndislər və fərdi yanaşma ilə hər layihənizi etibarlı əllərə havalə edin. Keyfiyyət, dəqiqlik və müştəri məmnuniyyəti bizim əsas dəyərlərimizdir. "İşlərinizi bizimlə daha asan və sürətli reallaşdırın."
24/7
Ən çox ehtiyac duyduğunuz hər an yanınızdayıq.
Xidmətlərimiz
Təklif etdiyimiz xidmətlər.
Sərhədləri Müəyyən Edirik, Gələcəyi Layihələndiririk
Geodeziya çəkilişlərindən memarlıq dizaynına, konstruksiya hesablamalarından rəsmi qiymətləndirməyə qədər bütün mürəkkəb proseslərdə biznesiniz və şəxsi mülkünüz üçün funksional və etibarlı həllər təqdim edirik.
Xidmətlərimizlə tanış olun
Geodeziya və Topoqrafiya
Dəqiq geodeziya & xəritəçəkmə həlləri
Memarlıq və Dizayn
Funksional memarlıq dizaynı və 3D planlaşdırma
Mühəndislik və Konstruksiya
Peşəkar mühəndislik və konstruktiv hesablamalar
Qiymətləndirmə və Hüquq
Rəsmi əmlak qiymətləndirməsi və sənədləşdirilməsiKomandamız
Aydın İbadov
Direktor
Ramin Surxayev
Baş Mühəndis
Şahbaz Taibov
Memar
Elmira Aslanova
İnsan Resursları Mütəxəssisi
İlkin Mahmudzadə
Mühəndis
Namiq Əhmədov
Mühəndis və QiymətləndiriciMüasir Mühəndislik və Dəqiq Topoqrafiya Həlləri
"Arfin" MMC olaraq torpaq kadastrı, geodeziya, memarlıq və əmlakın qiymətləndirilməsi sahəsində dövlət standartlarına tam uyğun peşəkar xidmətlər təqdim edirik. Uzunillik təcrübəyə malik komandamız və müasir texnoloji avadanlıqlarımızla layihələrinizin qanuni, sürətli və qüsursuz icrasına tam zəmanət veririk.
Müasir Texnologiya
Sahədəki ölçmələri və xəritəçəkmə işlərini ən son model GPS və yüksək dəqiqlikli lazer cihazları ilə həyata keçiririk.
Hüquqi Zəmanət
Hazırladığımız bütün memarlıq, kadastr və yerquruluşu layihələri dövlət standartlarına və qanunvericiliyə 100% tam uyğundur.
Peşəkar Komanda
Dövlət İdarələri və Təşkilatlarda uzun illər çalışmış, dərin praktiki təcrübəyə malik mütəxəssislərdən ibarət komandamız var.
Torpaq sahənizin ölçülməsinə və ya layihəyə ehtiyacınız var?
Bizimlə əlaqə saxlayın, mütəxəssislərimiz qısa zamanda sahənizə baxış keçirsin və rəsmi sənədləşmə prosesini başlatsın.