Peşəkar Komandamız
Dövlət qeydiyyatı, yerquruluşu və geodeziya sahələrində uzunillik dövlət və özəl sektor təcrübəsinə malik ekspert heyətimizlə xidmətinizdəyik.
Aydın İbadov
Direktor1999–2003-cü illərdə Bakı Dövlət Universitetində Kartoqrafiya və Geodeziya ixtisası üzrə bakalavr təhsili, 2018-2022-ci illərdə Bakı Dövlət Univeristetinin Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini almışdır. Əmək fəaliyyətinə 2005-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində başlamış, 2007-2015-ci ilə qədər həmin idarədə sahə rəisi vəzifəsini icra etmişdir.
2015–2022-ci illər ərzində Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2022-2023-ci illər ərzində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsini icra etmişdir.
2023-cü ilin sentyabr ayından “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. Şirkətimizin ümumi idarəedilməsi, strateji planlaşdırılması və əsas qərarların qəbul edilməsinə rəhbərlik edir.
Ramin Surxayev
Baş Mühəndis2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yerquruluşu və Torpaq Müfəttişliyi ixtisasının bakalavr pilləsinə daxil olmuş, 2006-cı ildə həmin akademiyanın Yerquruluşu və Şəhər Kadastrı ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.
2007-ci ildə Gəncə Regional Enerji Təchizatı MMC-də 8-ci dərəcəli kompüter operatoru vəzifəsində fəaliyyətə başlamışdır.
2008-ci ildə “Azdövyerqurlayihə” İnstitutunun Quba Rayonlararası Yerquruluşu İdarəsində 8-ci dərəcəli mühəndis vəzifəsinə qəbul olunmuşdur.
2015-2019-cu illərdə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Xaçmaz Layihə Tədqiqat İdarəsində mühəndis vəzifəsində çalışmış, 2019-cu ildə həmin idarənin sahə rəisi vəzifəsinə təyin olunmuşdur.
2022-2023-ci illərdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində 11-ci dərəcəli mühəndis vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühəndis vəzifəsində çalışır. Texniki layihələrin hazırlanması və icrasına nəzarət edir.
Şahbaz Taibov
MemarŞahbaz Taibov 1971–1976-cı illərdə Memarlıq üzrə Bakı Poltexnik Texnikumunda, 1976–1982-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq təhsili almışdır. Peşə fəaliyyətinə 1977-ci ildə mühəndis kimi başlamış, 1981–1986-cı illərdə böyük mühəndis vəzifəsində çalışmışdır.
1986–1992-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsində baş memar, 1992–1993-cü illərdə Sumqayıt şəhər Evtikmə Kombinatında bölmə rəisi, daha sonra isə layihə konstruktor bürosunun rəisi kimi fəaliyyət göstərmişdir.
1993–1999-cu illərdə Sumqayıt şəhəri Sənaye Tikintisi Nazirliyinin 2 №-li Tresində layihə konstruktor bürosunun rəhbəri olmuşdur.
1999–2002-ci illərdə “Müller İnteryer İnşaat” MMC-də smeta-layihə şöbəsinin rəhbəri, 2002–2013-cü illərdə A+A Tikinti MMC-də layihə konstruktor bürosunun rəhbəri, 2013–2016 və 2016–2018-ci illərdə müvafiq olaraq “Yeni Memar” MMC və “Turays Group” MMC-də direktor müavini vəzifələrində çalışmışdır.
2018–2019-cu illərdə “Dizayn Təmir” MMC-də mühəndis, 2019–2025-ci illərdə isə “Shalset Group” MMC-də baş mühəndis kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda ARFİN Məhdud Məsuliyyətli Cəmiyyətində memar vəzifəsində çalışır. Memarlıq və inşaat mühəndisliyi sahəsində ixtisaslaşmış, iri miqyaslı sənaye və mülki tikinti layihələrinin layihələndirilməsi, icrası və idarə olunmasında dərin bilik və praktiki bacarıqlara sahibdir. geniş peşəkar təcrübəsini layihələrdə tətbiq edir.
Elmira Aslanova
İnsan Resursları Mütəxəssisi2019-2023-cü ildə Türkiyə Respublikası Bilecik Şeyh Edebali Dövlət Universitetinin Elektrik-Elektronika Mühəndisliyi ixtisası üzrə məzun olmuş. Təhsil müddətində və məzuniyyətindən sonra müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmişdir.
2022-ci ildə Türkiyənin Biləcik bölgəsində fəaliyyət göstərən Marvel Engineering şirkətində elektrik sənayesidə elektrik enerjisi üzrə fəaliyyət göstərmişdir.
2023-cü ildə Porland Porselen müəssisəsində avtomatlaşdırma üzrə mütəxəssis vəzifəsini icra etmişdir. Həmçinin Bilecik Şeyh Edebali Universitetində Mühəndis olaraq çalışmış, daha sonra İnsan Resursları Mütəxəssisi yanında köməkçi işləmişdir. Həmçinin Elektrik-Elektronika Mühəndisliyi sahəsində təcrübə və layihələrdə iştirak etmişdir. Bundan əlavə, müxtəlif şirkətlərin qrafik dizayn və veb dizayn layihələrini uğurla həyata keçirmişdir.
Hal-hazırda "Arfin" Məhdud Məsuliyyətli Cəmiyyətində İnsan Resursları Mütəxəssisi olaraq fəaliyyət göstərir.
Namiq Əhmədov
Mühəndis2004-2009-cu ildə Azərbaycan Kooperasiya Universitetindən Coğrafiya fakültəsinin "Coğrafiya" ixtisası üzrə məzun olunmuşdur.
Əmək fəaliyyətinə 2008-ci ildə “Azpetrol LTD” MMC-nin Xaçmaz Yanacaqdoldurma Məntəqəsində xəzinədar vəzifəsində başlamışdır. 2011-ci ildə “Bank of Azerbaijan” ASC-nin Xaçmaz filialında kredit mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.
Əmək fəaliyyətinə 2008-ci ildə “Azpetrol LTD” MMC-nin Xaçmaz Yanacaqdoldurma Məntəqəsində xəzinədar vəzifəsində başlamışdır. 2011-ci ildə “Bank of Azerbaijan” ASC-nin Xaçmaz filialında kredit mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.
2017-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Layihə Tədqiqat İdarəsində mühəndis vəzifəsində fəaliyyətə başlamışdır.
2021-2023-ci illərdə struktur dəyişiklikləri nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Reyestr Xidmətində mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirir. Mühəndislik tapşırıqlarının icrasını təmin edir və texniki dəstək göstərir.
İlkin Mahmudzadə
Mühəndis2014–2018-ci illərdə Bakı Dövlət Universitetində Yerquruluşu, Torpaq və Şəhər Kadastrı ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2019-cu ildə “Planimetr” MMC-də geodeziyaçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2020–2021-ci illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin Reyestr Xidmətində mühəndis vəzifəsində fəaliyyət göstərmişdir.
2020-ci ildə “4Maps Bilgi Texnologiyaları” MMC-də Mühəndis vəzifəsi icra olunmuşdur.
2023-cü ildə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində fəaliyyət göstərmişdir.
Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində çalışır.Layihələndirmə və texniki həllərin hazırlanmasında iştirak edir.
Ülviyyə Tahirova
Mühəndis2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat” fakültəsinin “Geomatika və geodeziya mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilinə qəbul olmuş və 2026-cı ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
2025-ci ildə Quba Regional “ASAN xidmət” Mərkəzində “Master 1” könüllülük proqramında iştirak etmiş, proqramı uğurla başa vuraraq sertifikatla təltif olunmuşdur.
2026-cı ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin “Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri” şöbəsinin “Memarlıq-tikinti məsələləri” sektorunda istehsalat təcrübəsi keçmişdir.
Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində çalışır.Layihələrin hazırlanması və elektron portala yerləşdirilməsi üzrə fəaliyyət göstərir.
Pərvin Musayev
Texnik2006–2010-cu illərdə Quba Dövlət Sosial-İqtisadi Kollecində Yerquruluşu və Torpaq Müfəttişliyi ixtisası üzrə subbakalavr təhsili almışdır.
2011–2015-ci illər ərzində Quba Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsini icra etmişdir. 2016–2017-ci illərdə Xaçmaz Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsində operator vəzifəsində çalışmışdır.
2020–2021-ci illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin Reyestr Xidmətində mühəndis kimi fəaliyyət göstərmişdir.
2022–2024-cü illərdə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzrə mütəxəssis vəzifəsini icra etmişdir.
Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində texnik vəzifəsində əmək fəaliyyətini davam etdirir.Texniki ölçmə və analiz işlərini həyata keçirir.
Nəbi Nəbizadə
TexnikNəbizadə Nəbii, uzunmüddətli təcrübəyə malik texnikdir. 2006–2010-cu illərdə Quba Dövlət Sosial İqtisadi Kollecində "Yerquruluşu və torpaq müfəttişliyi" ixtisası üzrə təhsil almışdır.
Peşə fəaliyyətinə 2011-ci ildə DT və XK-nin Quba rayonlararası Yerquruluşu İdarəsində 8-ci dərəcəli mühəndis kimi çalışmışdır.
2015–2022-ci illərdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsində teknik vəzifəsində çalışmışdır.
2022-ci ildən etibarən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Yerquruluşunun təşkili şöbəsində texnik kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda ARFİN MMC-də texnik vəzifəsində çalışır və peşəkar bilik və təcrübəsini layihələrdə tətbiq edir.
Vitali Ələskərov
Texnik2009–2014-cü illərdə Dağıstan Respublikasında İvanov adına Dövlət Universitetində bank işi ixtisası üzrə ali təhsil almışdır. 2014–2015-ci illərdə Azərbaycan Respublikasının Daxili Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.
2017–2022-ci illərdə Quba “ASAN xidmət” mərkəzində BPQM idarəsinin Ümumvətəndaş pasportunun verilməsi şöbəsində kiçik inspektor vəzifəsində çalışmışdır.
Hazırda “ARFİN” MMC-də texnik vəzifəsində çalışır. Sahə işlərinin həyata keçirilməsi və texniki məsələlərin icrası üzrə fəaliyyət göstərir.
Cəmilə Səbzəliyeva
Operator2017-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsində operator vəzifəsinə təyin olunmuşdur.
2022-2023-ci illərdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində kargüzar vəzifəsində çalışmışdır.
Hal-hazırda “Arfin” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində fəaliyyət göstərir. Kargüzarlıq və gündəlik işlərin koordinasiyasını təmin edir.
Minayə Ağamirzəyeva
Quba "ASAN XİDMƏT" Operator2025-ci ildə Quba rayonunda “Vıqas Med” Tibb kursuna qəbul olmuş və 2026-cı ildə kursu uğurla başa vurmuşdur.
Hazırda Quba “ASAN xidmət” Mərkəzində operator vəzifəsində çalışır. “ARFİN” MMC-nin əməkdaşı olaraq fəaliyyət göstərir. Vətəndaşlardan sənədlərin qəbulunu həyata keçirir, müraciətlərin rəsmiləşdirilməsi və ərizələrin hazırlanması üzrə xidmət göstərir.
Aytəkin Mustafayeva
Quba "ASAN XİDMƏT" Operator2011–2015-ci illərdə Azərbaycan Texnologiya Universitetində “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə ali təhsil almışdır.
2019–2021-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Bitki mühafizəsi” şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
2023–2024-cü illərdə Quba rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində sosial işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Hazırda Quba “ASAN xidmət” Mərkəzində operator vəzifəsində çalışır. “ARFİN” MMC-nin əməkdaşı olaraq fəaliyyət göstərir. Vətəndaşlardan sənədlərin qəbulunu həyata keçirir, müraciətlərin rəsmiləşdirilməsi və ərizələrin hazırlanması üzrə xidmət göstərir.